ABŞ-da qatar relsdən çıxıb, ölən və yaralananlar var

ABŞ-da qatar relsdən çıxıb,    ölən və yaralananlar var
  26 Sentyabr 2021    Oxunub:1212
ABŞ-ın Montana ştatının Liberti dairəsində sərnişin qatarının relsdən çıxması nəticəsində azı 3 nəfər həlak olub.
Bu barədə CBS telekanalı dairənin şefinə və qatarın aid oduğu “Amtrak” dəmiryol şirkətinə istinadən məlumat yayıb. Bildirilib ki, “Empire Builder” qatarı yerli vaxtla saat 16:00-da relsdən çıxıb. Hadisə zamanı qatarda 147 sərnişin və briqadanın 13 üzvü olub.Yaralılar, həmçinin digər sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edilib.

Qəza ilə əlaqədar ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Milli Şurası tərəfindən araşdırma aparılır.



Azvision.az


Teqlər: ABŞ   qəza  





Xəbər lenti