"İlham Əliyev reallığı lazımi ünvanlara çatdırdı" - Rusiyalı politoloq

"İlham Əliyev reallığı lazımi ünvanlara çatdırdı" -  Rusiyalı politoloq
  25 Sentyabr 2021    Oxunub:1145
"İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı çox düzgün, dəqiq, başadüşülən və tam məntiqli idi. O, həqiqəti danışaraq, dünyada və regionda baş verən hadisələrin real mənzərəsini lazımi ünvanlara çatdırdı. Bu sözləri rusiyalı politoloq Darya Qrevtsova AzVision.az saytının rus redaksiyasına müsahibəsində deyib.
Darya Qrevtsova İlham Əliyevin pandemiya ilə mübarizədə ölkəsinin təcrübəsi barədə danışdığını, habelə bu infeksiya ilə mübarizədə vəziyyətin yaxşılaşdırılması üçün təkliflər verdiyini vurğulayıb. “İlham Əliyev dünya icitmaiyyətini inkişaf etməkdə olan ölkələrin vaksinlərə əlçatanlığı məsələsində yaranmış əyintilərin aradan qaldırılmasına çağırıb. Azərbaycan prezidenti varlı ölkələrin vaksinlərdən lazım olduğundan artıq istifadə etdiyi halda, inkişaf etməkdə olan ölkələrin hətta elementar imkanlardan kənarda qalmasını çox neqativ hal kimi qiymətləndirərək, bu vəziyyətin düzəldilməsi üzərində düşünməyi təklif edib",- rusiyalı politoloq qeyd edib.

O, xatırladıb ki, İlham Əliyev çıxışında qlobal ekoloji problemlər mövzusuna da toxunub. Bütün dünyanın ətraf mühitin çirklənmədən qorunması və təmizlənməsi yönündə aparılan siyasətə riayət etməyə çalışması fonunda ölkəsinin Paris konvensiyasına sadiq qaldığını bildirib. Bu kontekstdə o, Azərbaycanın işğaldan azad edilmiş əraziləri də daxil olmaqla külək və günəş elektrostansiyaları kimi yeni enerji mənbələrinin inkişafını dəstəklədiyini vurğulayıb. Belə yanaşma regionların necə inkişaf etdirilməsi yönündə digər ölkələrə nümunədrir.

Darya Qrevtsova İlham Əliyevin toxunduğu 44 günlük Qarabağ müharibəsinin Azərbaycan üçün həm ağrılı, həm də qürurverici bir mövzu olduğu qənaətinə gəldiyini deyib: "Azərbaycan, yəqin, yeganə ölkədir ki, BMT-nin Qətnamələrini özü icra edib və burada dövlətin rəhbərliyinin böyük xidməti var. Məhz bunun sayəsində digər dövlətlərin, beynəlxalq vasitəçilərin və Minsk qrupunun təxminən 30 il ərzində azad edə bilmədikləri rayonların hamısı ən az itkilərlə azad olundu. Həmin vasitəçilər Ermənistana təsir göstərə bilmirdilər ki, özünə mənsub olmayanı qaytarsın. İndi Azərbaycan qanunla özünə mənsub olan şeyin qaytarılması üçün nə qədər güclü olduğunu, ordu ilə xalqının nə qədər vəhdətdə olduğunu nümayiş etdirdi.

Qrevtsova İlham Əliyevin habelə həmin ərazilərdəki dağıntılar barədə danşıdığını və hətta yeni terminlər əlavə etdiyini vurğulayıb. Rusiyalı politoloq bu terminlərin dünya ictimaiyyəti tərəfindən qəbul ediləcəyini və erməni hərbçilərinin neçə illər ərzində şəhərlərə, mədəniyyətə və ekologiyaya qarşı törətdikləri soyqırımın qiymətləndirilməsində ondan sitatlar gətiriləcəyini düşündüyünü deyib.

- Ermənistanın bu torpaqlara gəlməsindən əvvəl həmin şəhərlərin necə olduğunu və ermənilərdən azad edildikdən sonra həmin torpaqlardakı mənzərəni əks etdirən illüstrasiyalı kitabların diplomatalara paylanması çox vacibdir. Digər ölkələrdən daha çox jurnalist, ictimai xadim və siyasətçi gətirilməlidir. Onların həmin ərazilərə səfərləri zəruridir ki, Qarabağda əvvəl və indi baş verənlər barədə öz ölkələrində məlumat verə bilsinlər. Bu, baş verənləri dərk etmək və hər şeyi qarışdıraraq, özünə faydalı şəkildə göstərmək istəyən erməni lobbisini neytrallaşdırmaq üçün vacibdir. Biz yaxşı bilirik ki, erməni lobbisi çox güclüdür, onların əlində ictimai fikrə təsir göstərən KİV-lər və digər mənbələr var. Buna görə də, sözügedən sahədə Azərbaycan fəal iş aparmalıdır”,- Qrevtsova bildirib.

İlham Əliyevin işğaldan azad olunmuş regionların inkişafı üçün dünya ictimaiyyətinin diqqətini həmin ərazilərdəki minalanmış sahələrin xəritələrin Azərbaycana təqdim edilməsiniə yönəltməsini çox vacib məqam kimi qiymətləndirən rusiyalı politoloq bununla rəsmi Bakının Ermənistana dinc əməkdaşlıq təklifi ünvanladığını deyib. “Bu çox vacib məsələdir və yalnız dünya ictimaiyyəti problemi tez həll edə bilər. Sakinlərin öz torpaqlarına qayıtması və tikintinin aparılması, regionun və logistikanın inkişafı üçün minalanmış sahələrin xəritələrinin Azərbaycana verilməsi problemi həll olunmalıdır. Ümid edirəm ki, dünya ictimaiyyəti İlham Əliyevin bu çağırışını eşidəcək. Çünki bu çağırışda həqiqət və bir çox problemlərin həlli ehtiva olunur. Azərbaycan açıq şəkildə Ermənistanı dinc əməkdaşlığa və qonşuluğa, sərhədlərin demarkasiyası və deilmitasiyası da daxil olmaqla, müxtəlif məsələlər üzrə sülh sazişi imzalamağa çağırır. Bu, düşmənçiliyə sonq qoymaq və yeni inkişaf mərhələsinin başlanmasına çağırışdır. Tarixin bu yeni mərhələsinə başlamaq isə həqiqətən də iki ölkənin - Azərbaycanın və Ermənistanın əlindədir. Bu iki dövlət onların xalqları üçün ən faydalı olan yolu seçməlidirlər. Dinc yolun isə alternativi yoxdur və İlham Əliyev növbəti dəfə buna çağırır”,- Darya Qrevtsova şərhinin sonunda bildirib.

Sahil İsgəndərov
Balifa Baxşıyeva

Azvision.az


Teqlər: İlhamƏliyev   BMT  





Xəbər lenti