Qohumunun evindən 10 min manat oğurladı

Qohumunun evindən 10 min manat oğurladı
  25 Sentyabr 2021    Oxunub:844
Şəkidə evdə oğurluq hadisəsi olub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-nə keçən gecə Kiş kəndindəki evlərin birindən 360 000 rubl (8 280 manat) pul və 1840 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən kənd sakini, ev sahibinin qohumu olan Q.Rəsulov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Şəki   Oğurluq  





Xəbər lenti