"Skripka mərmi atəşi ilə məhv edildi" - Bir fotonun tarixçəsi

  24 Sentyabr 2021    Oxunub :2537
  "Skripka mərmi atəşi ilə məhv edildi" -   Bir fotonun tarixçəsi
Dünya şöhrətli fotojurnalist Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu instaqram səhifəsində paylaşaraq, onun maraqlı tarixçəsini təsvir edib.
Azvision.az xəbər verir ki, paylaşımda deyilir:
“Mən Şuşadan çıxan son jurnalist idim və mühasirədə olan şəhər düşmənin əlinə keçməmiş oranı tərk etməli idim. Birinci Qarabağ müharibəsini işiqlandırmağa başlayandan bir ay sonra başa düşdüm ki, Azərbaycanın peşəkar ordusu yoxdur, döyüşçülərin bir çoxu könüllü və ya polis olublar.

Vəziyyət çox gərgin, itkilər isə çox olsa da, işlərini tərk edərək Azərbaycanın hər yerindən Qarabağı müdafiə etmək üçün gələnlərin yüksək əhval-ruhiyyəsi məni heyrətləndirdi.

Bir gün skripkasını cəbhəyə gətirən bu virtuoz skripkaçı ilə tanış oldum. Skripka mərmi atəşi ilə məhv edildi, ancaq o, alətin çubuğunu saxladı və bəzi melodiyaları ifa etmək üçün kalaşnikovdan istifadə edirdi”.



Azvision.az

Teqlər: Şuşa   RezaDeqati  







Xəbər lenti