"Paşinyandan müsbət mesajlar alırıq" - Türkiyə prezidenti

   "Paşinyandan müsbət mesajlar alırıq" -    Türkiyə prezidenti
  23 Sentyabr 2021    Oxunub:2105
“Bizim "beşlik" və ya "altılıq" platforması adlandırdığımız əməkdaşlıq variantı var idi. Hazırda bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyandan müsbət mesajlar gəlir. Həmin mesajlarla əlaqədar bəzi addımlar atacağıq”.
Ərdoğan Baydenlə görüşəcək
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.

“Bölgədə sülhün yaradılması məsələsini yaxşı bir nöqtəyə qədər inkişaf etdirmək fürsəti qazanmış olacağıq. Ayın sonunda cənab Vladimir Putinlə keçirəcəyim görüşdə bunlar da müzakirə edilən məsələlər arasında yer alacaq. Bununla da, Türkiyə-Rusiya əlaqələrində daha güclü və daha fərqli dönəmə qədəm qoymuş olacağıq”, – Ərdoğan qeyd edib.

Azvision.az



Teqlər: Ərdoğan   Türkiyə   Ermənistan  





Xəbər lenti