Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq

  Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
  23 Sentyabr 2021    Oxunub:1048
Sentyabrın 27-də saat 12:00-da Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Təşkilat Komitəsindən Azvision.az -a verilən məlumata görə, Anım Günündə axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq.
Eyni zamanda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən də anım tədbirləri keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Azvision.az



Teqlər: Anım-günü  





Xəbər lenti