Baş prokuror: "Azərbaycan üçtərəfli bəyanata tam şəkildə riayət edir"

      Baş prokuror:    "Azərbaycan üçtərəfli bəyanata tam şəkildə riayət edir"
  23 Sentyabr 2021    Oxunub:715
"Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tam şəkildə riayət olunur".
Azvision.az -ın xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclası çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında keçirilən üçtərəfli görüşdə deyib.

O, 44 günlük Vətən müharibəsindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq bu prosesin davam etdirilməsinin önəmini vurğulayıb.

Mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyəti diqqətə çatdırılıb və bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub.

Azvision.az


Teqlər: Prokurorluq   Qarabağ  





Xəbər lenti