Bəzi qazilərə yaxın günlərdə son nəsil protezlər veriləcək

   Bəzi qazilərə yaxın günlərdə son nəsil protezlər veriləcək
  23 Sentyabr 2021    Oxunub:599
"Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də yaxın günlərdə yüksək texnologiyalı protezlərlə təminatına başlanacaq".
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu məqsədlə İslandiyanın ÖSSUR şirkətinin istehsalı olan son nəsil protezlər mərkəzə gətirilib: "İlkin mərhələdə mərkəzdə Vətən müharibəsində yuxarı ətraflarını itirmiş 10 qazi, ümumilikdə isə 29 qazi yüksək texnologiyalı protezlərlə təmin ediləcək. Bunun üçün ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə həmin qazilərdən müvafiq ölçülər götürülüb".

Qeyd edək ki, ÖSSUR i-Limb Ultra bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur, komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir.

Azvision.az


Teqlər: Qazi  





Xəbər lenti