Azərbaycanda 1356 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb

   Azərbaycanda 1356 nəfər koronavirusa yoluxub,  17 nəfər ölüb
  22 Sentyabr 2021    Oxunub:621
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1356 yeni yoluxma faktı qeydə alınıb, 2651 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 476 409 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 441 731 nəfər müalicə olunaraq sağalıb, 6 370 nəfər vəfat edib, aktiv xəstə sayı 28 308 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 546, ötən müddət ərzində isə ümumilikdə 4 778 393 test aparılıb.

Azvision.az


Teqlər: Azərbaycan   Virus  





Xəbər lenti