"Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoydu" - Ərdoğan

  21 Sentyabr 2021    Oxunub :546
"Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoydu" -    Ərdoğan
“Qafqazda sabitlik baxımından yaxın keçmişdə önəmli addımlar atıldı”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoydu.

“Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoydu. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açıldı. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”.

Azvision.az



Teqlər: Ərdoğan   BMT  







Xəbər lenti