Vətən müharibəsi qəhrəmanlarının yadigarlarının "İlk zəngi" - FOTOLAR

 Vətən müharibəsi qəhrəmanlarının yadigarlarının  "İlk zəngi" - FOTOLAR
  22 Sentyabr 2021    Oxunub:3739
Bu gün 158 608 şagird I sinifə getdi. Onların içərisində torpaqlarımızı erməni işğalından azad edən və bu yolda canını Vətənə fəda edən şəhidlərimizin də övadları var. Onlar bu gün getdikləri məktəbin birinciləri olublar.

Azvision.az məktəbə ilk dəfə qədəm qoyan şəhid övladlarının siyahısını təqdim edir:

Mayor Rahib Babayevin oğlu İbrahim Babazadə. O, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində oxuyur.



Polkovnik-leytenant Zaur Cəfərovun qızı Zəhra Cəfərli Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin şagirdidir.


Azərbaycan Ordusunun şəhid çavuşu Asim Abbasovun qızı Nuray Abbasova İmişli rayonu Hacırüstəmli kənd Mehman Süleymanov adına tam orta məktəbdə təhsil alacaq.


Könüllü olaraq Vətən Müharibəsində iştirak edən Fərid Hüseynovun qızı Damla Hüseynova Ağdaş rayonunun Ləki qəsəbəsində yerləşən 6 saylı tam orta məktəbin şagirdidir.


Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ramiq Mikayılovun oğlu Ağaseyid Mikayılov"Kaspi" liseyinin "Ağ şəhər" filialında oxuyur.


Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu Elçin Nadirovun oğlu Zaur Nadirov Şəki şəhər 5 nömrəli tam orta məktəbin birincisi olub.


Azərbaycan Silahlı Qüvvələrinin baş giziri Tapdıq Qurbanəliyevin oğlu Nurlan Qurbanəliyev Mingəçevir şəhərində 14 saylı tam orta məktəbə gedib.


Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Sakit İsmayılovun qızı Mələk İsmayılova Çeşməli kənd tam orta məktəbində oxuyur.


Daxili Qoşunlarının baş çavuşu Sürxay Mehdiyevin qızı Aişə Mehdiyeva Quba rayonunda 1 saylı tam orta məktəbin şagirdi olub.


Mayor Aqil Məlikovun oğlu Süleyman Məlikov Quba Şəhər Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbin birincisidir.


Gizir Elməddin Cəfərovun oğlu Hümbət Cəfərov M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbinin şagirdidir.


Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Ruslan Rəhimovun qızı Əsmər Rəhimzadə Beyləqan rayonu Ə.Rüstəmov adına 1 saylı tam orta məktəbin birinci sinifinə gedib.


MAXE Amil Hüseynovun oğlu Elcan Hüseynli Ağdaş şəhərindəki 3 nömrəli tam orta məktəbin şagirdi olub.


Mayor İlkin Rzayevin qızı Nur Rzayeva Kaspi liseyinin şagirdidir.


Kapitan Vüqar Nəcəfovun qızı İnci Nəcəfova da Kaspi liseyində oxuyub.


MAXE Elvin Mustafayevin oğlu Əbəlfəz Mustafayev Gəncə şəhərində 44 saylı tam orta məktəbin birinci sinfinə gedib.


MAXE Eşən Musayevin oğlu Hüseyn Musalı Müşfiqabad qəsəbəsində yerləşən Qubadlı məktəbinin birincisi olub.


Baş çavuş Vüsal Allahyarovun qızı Rəhimə Allahyarlı Corat qəsəbəsində yerləşən 7 saylı məktəbin şagirdidir.


Kapitan Samir İslamovun oğlu İslamzadə İslam Sumqayıt şəhərində 31 saylı tam orta məktəbin birinci sinfində oxuyub.


MAXE Samir Nadirovun qızı Məryəmxanım Nadirli Təfəkkür liseyinin birincisidir.


Gizir Alxas Yunusovun qızı Elif Yunuslu Həziabad kənd tam orta məktəbi ndə oxuyur.


Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şəhid   Vətənmüharibəsi   dərs  





Xəbər lenti