Azərbaycanda 8 milyondan artıq peyvənd vuruldu

  21 Sentyabr 2021    Oxunub :320
   Azərbaycanda  8 milyondan artıq  peyvənd vuruldu
Bu gün Azərbaycanda 65 849 nəfər vaksinasiya olunub.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 112 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 043 423, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 636 579, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 406 844 nəfər təşkil edir.

Azvision.az

Teqlər: Peyvənd  







Xəbər lenti