Prokurorluqdan Ağdamdakı mina partlayışı ilə bağlı məlumat

   Prokurorluqdan Ağdamdakı mina partlayışı ilə bağlı məlumat
  21 Sentyabr 2021    Oxunub:948
Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb.


Rayon prokurorluğundan Azvision.az - a daxil olan məlumatda deyilir:
"21 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayevin tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır".

Azvision.az


Teqlər: Mina   Ağdam  





Xəbər lenti