Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” təlimlərinə başlanıb
Bayraq taqımları “Ümid” körpüsü üzərinə çatdıqdan sonra Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib və bayraqdəyişmə mərasimi keçirilib. Mərasimin davamı olaraq “Ümid” körpüsündən keçən Türkiyə Silahlı Qüvvələrinin hərbi kolonu təlim rayonu istiqamətində hərəkət edib və qardaş ölkənin hərbi qulluqçuları Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli şəkildə qarşılanıb.
Azvision.az
Teqlər: Naxçıvan