“Vətənim Azərbaycandır!” müsabiqəsinə start verilir

  20 Sentyabr 2021    Oxunub :371
“Vətənim Azərbaycandır!” müsabiqəsinə start verilir
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun Dəstəyi ilə “Zəfər yolu” layihəsi çərçivəsində Azərbaycan universitetlərinin tələbələri arasında “Vətənim Azərbaycandır!”adlı esse yazı müsabiqəsinə start verilir.
Müsabiqə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilir və 3 mövzunu əhatə edir. Müsabiqə 25 oktyabr 2021-ci il tarixinədək həyata keçiriləcək. Qaliblər pul mükafatı ilə mükafatlandırılacaq.

Müsabiqədə iştirak etmək istəyən tələbələr esselərini ([email protected]) e-mail adresinə göndərə bilərlər.

Daha ətraflı AFİŞA-da qeyd olunub.

Azvision.az

Teqlər:







Xəbər lenti