"Sübutlar beynəlxalq hüquq çərçivəsində məhkəməyə təqdim olunacaq" - Ombudsman
“Faktaraşdırıcı missiyanın əsas məqsədi işğaldan əvvəl ən inkişaf etmiş şəhərlərdən biri olan Ağdamın tarixi, mədəni abidələrinin dağıdılması ilə bağlı monitorinq aparmaq olub. Nümayəndə heyəti sübutlar toplamaq üçün orada olublar. Həmçinin nümayəndə heyəti 44 günlük müharibə dövründə ağır artilleriya və iriçaplı silahlardan hücuma ən çox məruz qalan Tərtərə səfər etdi. Qonaqlar insan tələfatı baş vermiş və ciddi ziyan görən sosial obyektlərin monitorinqini apardılar. Faktlar müvafiq beynəlxalq təşkilatlara ünvanlanacaq və beynəlxalq hüquq çərçivəsində məhkəməyə təqdim olunacaq”.
Azvision.az
Teqlər: Ombudsman