Miqrasiya könüllüləri müsabiqədə qalib olublar

Miqrasiya könüllüləri müsabiqədə qalib olublar
  17 Sentyabr 2021    Oxunub:1051
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan könüllüləri arasında Bilik Gününə həsr olunmuş intellektual müsabiqə miqrasiya könüllülərinin qələbəsi ilə başa çatıb.
Dövlət Miqrasiya Xidmətindən (DMX) Azvision.az -a bildiriblər ki, könüllülərin asudə vaxtlarının səmərəli və əyləncəli təşkili, onların intellektual fəaliyyətə cəlb olunması, eləcə də bu sahədə bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə keçirilən müsabiqədə İttifaqa üzv təşkilatları təmsil edən 75 könüllü iştirak edib.

Müsabiqədə hər birində beş könüllü olmaqla, 15 komanda birincilik uğrunda mübarizə aparıb.

“Nə? Harada? Nə zaman?” formatında keçirilən ilkin mərhələdə səkkiz komanda qələbə qazanaraq “Xəmsə” formatında keçirilən növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Bu mərhələdə isə “Miqrasiya Könüllüsü” İctimai Birliyini təmsil edən komanda bütün rəqiblərini üstələyərək müsabiqənin qalibi olub.

“AFFA və AVRO-2020” Könüllülər Proqramı və “Könüllü Dost” Proqramını təmsil edən komandalar isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara kubok, medal və dəyərli hədiyyələr təqdim olunub.


Azvision.az




Teqlər: Miqrasiya  





Xəbər lenti