Xəzər rayonunda ikimərtəbəli ev yanıb, iki nəfər xəsarət alıb

Xəzər rayonunda ikimərtəbəli ev yanıb, iki nəfər xəsarət alıb
  14 Sentyabr 2021    Oxunub:670
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 kvadratmetr olan (hər mərtəbəsi 120 kvadratmetr) ikimərtəbəli evin yanar konstruksiyaları alışıb.
FHN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, yanğın zamanı yanıq xəsarəti alan ev sahibini və onun müxtəlif dərəcəli bədən xəsarətləri alan gəlnini yanğınsöndürənlər aidiyyəti üzrə təhvil veriblər. Bitişik evlər yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri alovu söndürüblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az



Teqlər: Yanğın   xəsarət  





Xəbər lenti