“Aİ-95” və “Aİ-98”in qiyməti dəyişdi

“Aİ-95” və “Aİ-98”in qiyməti dəyişdi
  14 Sentyabr 2021    Oxunub:2172
Sabahdan Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək.
Azvision.az SOCAR-a istinadən xəbər verir ki, “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN , “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək.

Premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.

“Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir . Məhsulun bu ölkələrdə qiymət artımı onun idxal dəyərinə və respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir.

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN , “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

Azvision.az



Teqlər: Benzin   Bahalaşma  





Xəbər lenti