Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində hava desant hazırlığı məşqləri ediblər

   Xüsusi təyinatlılar  “Üç qardaş - 2021”  təlimində hava desant hazırlığı məşqləri ediblər
  14 Sentyabr 2021    Oxunub:791
Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər edilib.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin planına əsasən, hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsi ilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.

Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Azvision.az





Teqlər: “Üçqardaş-2021”   Təlimlər  





Xəbər lenti