Yaqub Zurufçu vəfat edib - YENİLƏNİB

  14 Sentyabr 2021    Oxunub :693
 Yaqub Zurufçu vəfat edib -  YENİLƏNİB
Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu vəfat edib.
Azvision.az xəbər verir ki, sənətçi bu gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulmuşdu.

Xatırladaq ki, Y.Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib. Y.Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.

Ailəlidir, 3 övladı var.

Allah rəhmət eləsin!

***
Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyəti çox kirtikdir.
Azvision.az xəbər verir ki, bu barədə "Yeni Klinika”-dan məlumat verilib. Bildirilib ki, əməkdar artistin təzyiqi aşağı düşüb. Təzyiqi yüksəltmək üçün bütün mümkün vasitələrdən istifadə olunur . Vəziyyəti ağır qiymətləndirilir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus  






Xəbər lenti