Bu müəllimlər məktəblərə buraxılmayacaq

   Bu müəllimlər məktəblərə buraxılmayacaq
  14 Sentyabr 2021    Oxunub:984
"Vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əmək haqqı məsələsi ilə bağlı hələ ki, məlumat yoxdur".
Azvision.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
O qeyd edib ki, peyvənd olunmayan, əks-göstəriş, eyni zamanda immun sertifikatı olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar.

Əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin sayına gəldikdə isə, nazir müşaviri deyib ki, bu məlumatlar gündəlik dəyişir: "Ona görə də hansısa rəqəmləri açıqlamaq istəmirəm, çünki dəqiq olmaz".

Onun sözlərinə görə, təhsil işçilərinin demək olar ki, 82-83 faizdən çoxu peyvənd olunub: "Proses daha da sürətli gedir. Ümid edirəm ki, yaxın həftələrdə vaksinasiya olunan təhsil işçilərinin sayı daha da artacaq. 2020-2021-ci tədris ili başlayanda pandemiya ilə əlaqədar müəyyən işlər görülmüşdü. Bunlar məsafənin qorunması, təhsil müəssisənə gələn şəxslərin qızdırmasının ölçülməsi, xüsusi izolyasiya otaqlarının yaradılması və s.-dir. Bu işlər bu il də davam edəcək”.

Azvision.az


Teqlər: Vaksin  





Xəbər lenti