Azərbaycan Qarabağa daşınan yüklərə görə Rusiyaya etiraz etdi

 Azərbaycan Qarabağa daşınan yüklərə görə Rusiyaya etiraz etdi
  12 Sentyabr 2021    Oxunub:2263
Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.

Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, məktublarda bu kimi halların Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata zidd olduğu xatırladılaraq, onların qarşısının alınması xahiş olunub.


Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır", - deyə Nazirlikdən bildirilib.

Azvision.az


Teqlər: İran   Qarabağ  





Xəbər lenti