Bakıda maşın qaçıran keçmiş məhkum tutulub

Bakıda maşın qaçıran keçmiş məhkum tutulub
  26 Avqust 2021    Oxunub:986
Binəqədi rayonunda avtomobili qaçıran keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, avqustun 22-də Bakı şəhər sakini R.Kərimova məxsus “Azsamand” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş R.Qurbanov rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti