Daha iki şəhid ailəsi üçün kiçik istehsal müəssisələri yaradıldı

Daha iki şəhid ailəsi üçün kiçik istehsal müəssisələri yaradıldı
  20 May 2021    Oxunub:798
Vətən müharibəsi şəhidlərindən olan İsrafil İbrahimovun və Qüdrət Adişovun ailə üzvləri üçün də özünüməşğulluq proqramı çərçivəsində kiçik istehsal müəssisələri yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, lazımi avadanlıqlar verilməklə Bakının Nərimanov rayonunda şəhid İsrafil İbrahimovun anası Səbinə İbrahimova üçün un məmulatlarının istehsalı, Sabirabad rayonunda isə şəhid Qüdrət Adişovun anası Yaqut Adişova üçün toxuculuq məhsullarının istehsalı müəssisəsi qurulub.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli və əməkdaşlar hər iki ailə ilə görüşüblər. Həmçinin ailələr üçün yaradılmış kiçik müəssisələrə baxış keçirilib.

Şəhid ailələrinin sosial vəziyyətlərinin daim diqqətdə olduğu və onların sosial dəstəklə təminatı işlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib.





Azvision.az


Teqlər: ƏƏSMN   Şəhid   Ailə  





Xəbər lenti