Xirdalanda tikili yanıb - YENİLƏNİB

Xirdalanda tikili yanıb -  YENİLƏNİB
  18 May 2021    Oxunub:1682
Abşeronda baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 32 m² olan dəmir konstruksiyadan ibarət vaqonun içərisinə yığılan əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində vaqon tipli tikilidə yanğın olması barədə məlumat daxil olub.

Azvision.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Abşeron   Yanğın   FHN  





Xəbər lenti