Bakıda ağır qəza, ölən var

Bakıda ağır qəza, ölən var
  09 May 2021    Oxunub:1813
Bakı şəhərinin Nizami rayonunda “Ravon” markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1972-ci il təvəllüdlü Mirzəyev İnqilab Oktay oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti