Hindistanda gündəlik yoluxma 400 mini keçdi

Hindistanda gündəlik yoluxma 400 mini keçdi
  09 May 2021    Oxunub:2008
Hindistanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 403 738 yeni yoluxma faktı qeydə alınıb, 4092 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

İndiyədək ölkədə ümumilikdə 22 296 414 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 242 362 nəfəri vəfat edib, 18 317 404 xəstə sağalıb.

Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti