“Çinar” restoranında iki nəfəri "tok" vurdu, biri öldü

 “Çinar” restoranında iki nəfəri "tok" vurdu,  biri öldü
  08 May 2021    Oxunub:5464
Mayın 7-də saat 16 radələrində rayon sakini Sahib Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Azvision.az -a Bərdə rayon prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, Bərdə şəhərində yerləşən “Çinar” restoranında xidmətçi işləyən Sahib Əhmədov və Üzeyir Məmmədov restoranın həyətində təmizlik işləri apararkən hər ikisini elektrik cərəyanı vurub, nəticədə Sahib Əhmədov hadisə yerində ölüb, Üzeyir Məmmədov isə sağ əl nahiyəsindən xəsarət alıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda istintaq aparılır.

Azvision.az



Teqlər: Bərdə  





Xəbər lenti