Sumqayıt və Neftçalada yanğın olub

Sumqayıt və Neftçalada yanğın olub
  08 May 2021    Oxunub:1931
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 54 m² olan mənzilin mətbəxində ev əşyaları 12 m² sahədə yanıb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Neftçala rayonunun Ballıcalı kəndində ümumi sahəsi 135 m² olan kürsülü birmərtəbəli evin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 22 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti