Astarada qadını öldürən şəxsin məhkəməsi başlayır

Astarada qadını öldürən şəxsin məhkəməsi başlayır
  07 May 2021    Oxunub:1701
1 oktyabr 2020-ci il tarixdə Astara rayon sakini Aslanova Rəhimə Ağacan qızının yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsininmüvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Astara rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, rayon sakini Rüstəm Heydərov qeyd edilən tarixdə quldurluq niyyəti ilə Rəhimə Aslanovanın yaşayış sahəsinə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi əşya ilə xüsusi amansızlıqla sonuncunu qəsdən öldürüb.

Rüstəm Heydərov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti