Ağdaşda bədbəxt hadisə: Fəhlənin qolu amputasiya olundu

 Ağdaşda bədbəxt hadisə: Fəhlənin qolu amputasiya olundu
  07 May 2021    Oxunub:1733
Mayın 6-da saat 15 radələrində Ağdaş rayonu, Qarağan kəndi ərazisində yerləşən sexdə fəhlə işləyən İlkin Məcidovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdaş rayon prokurorluğundan Azvision.az a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, İlkin Məcidov məişət tullantılarının emalı və plastik məmulatları sexində işlək vəziyyətdə olan dəzgaha müdaxilə edərkən sol qolunun amputasiyası ilə nəticələnmiş xəsarət alıb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq aparılır.

Azvision.az


Teqlər: Ağdaş   Fəhlə   Cinayət-işi  





Xəbər lenti