Vətən müharibəsində itkin düşmüş kapitanın nəşi tapıldı

  07 May 2021    Oxunub :2481
 Vətən müharibəsində itkin düşmüş kapitanın nəşi tapıldı
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.

Azvision.az xəbər verir ki, Lerik rayonunun Anbu kənd sakini, 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Cəbrayıl rayonu ərazisində aşkar edilib.
Şəhidin cənazəsi sabah doğma kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, kapitan Ə.Rəhmətov Qubadlı və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. O, eyni zamanda Aprel döyüşlərinin iştirakçısı olub.



Azvision.az

Teqlər: Şəhid   Vətən-müharibəsi