TƏBİB-dən 20-yə yaxın tibb işçisinin işdən çıxarılmasına reaksiya

 TƏBİB-dən 20-yə yaxın tibb işçisinin işdən çıxarılmasına reaksiya
  05 May 2021    Oxunub:1616
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Talassemiya Mərkəzi və B. A. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunda 20-ə yaxın əməkdaşının işdən azad edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, Talassemiya Mərkəzi və B. A. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunun, eləcə də digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi TƏBİB-in İdarə heyətinin sədrinin qərarı ilə həyata keçirilir.

"Digər bütün struktur bölmələrin əməkdaşları müəssisənin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilir. Odur ki, sözü gedən müəssisənin 20-ə yaxın əməkdaşının işdən azad edilməsinin TƏBİB İdarə Heyətinin sədri tərəfindən həyata keçirilməsi həqiqəti əks etdirmir. Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə rəhbərinə müraciət edərək şikayətini bildirə bilər", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər:





Xəbər lenti