Xidmətdən
Azvision.az -a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Baxşəliyev Zaur Mərdəli oğluna tanışı, Sumqayıt şəhər sakini Qafarov Məhəmməd Vaqif oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan qazanda dolma yeməyinin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilən işlək vəziyyətdə olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və bir ədəd danışıq kartı aşkar edilib.
Azvision.az