Fövqəladə Hallar Nazirliyinin (FHN ) "112" qaynar telefon xəttinə İsmayıllı rayonunun Topçu kəndi ərazisində, süni göldə 1994-cü il təvəllüdlü Zərbalıyev Hacı Hamlet oğlunun batması barədə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.Zərbalıyevin meyiti tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.