Köməksiz qalan şəxslər xilas edildi

Köməksiz qalan şəxslər xilas edildi
  04 May 2021    Oxunub:2330
Sumqayıt şəhərində 1-i azyaşlı olmaqla 3 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Azvision.az



Teqlər: FHN   Mənzil  





Xəbər lenti