Başına daş parçası düşən yeniyətmə ilə bağlı açıqlama

Başına daş parçası düşən yeniyətmə ilə bağlı açıqlama
  04 May 2021    Oxunub:3651
Aprelin 30-da Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Azvision.az -a Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə “kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilib.

Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti