“Mercedes”in vurduğu piyada xəstəxanada öldü

“Mercedes”in vurduğu piyada xəstəxanada öldü
  03 May 2021    Oxunub:1585
Tovuz rayonunda yol-nəqliyyat hadisəısi olub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Mayın 2-də saat 13 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində rayon sakini F.Alıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Nazim Hacıyevi vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti