Lənkəranda polis nişana gedənləri cəzalandırdı

Lənkəranda polis nişana gedənləri cəzalandırdı
  01 May 2021    Oxunub:3302
Lənkəranda nişan mərasiminin keçirilməsinin qarşısı alınıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Boladı kəndində nişan mərasiminin təşkil edilməsi müəyyən olunub.

Dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb. Həmin məclisin iştirakçılarına bir daha karantin rejiminin qaydaları izah olunub. 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti