Xırdalanda ağacları məhv etdilər

Xırdalanda ağacları məhv etdilər
  29 Aprel 2021    Oxunub:3960
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2 B ünvanında ağacların kəsilməsil ilə bağlı daxil olan məlumat şikayətçinin iştirakı ilə yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının əraziyə keçirdiyi baxış zamanı 5 meyvə ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər Abşeron rayon Polis İdarəsinə göndərilib.

Azvision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti