1097 avtobus mərkəzləşmiş dispetçer xidmətinə qoşulub

1097 avtobus mərkəzləşmiş dispetçer xidmətinə qoşulub
  28 Aprel 2021    Oxunub:1577
İntellektual idarəetmənin texniki imkanları 2 dəfə artırılıb.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, 50 marşrutda 1097 avtobus mərkəzləşdirilmiş dispetçer xidmətinə qoşulub:

“Bunlar daha çox real vaxt rejimində əldə olunacaq məlumatlara bağlıdır. Bunlar sərnişin axının həcmi və istiqamətləri, sürücülərə və sərnişinlərə nəzarət, dayanacaqdan kənar keçən marşrutlar və s. ilə bağlıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti