BNA: Avtobus qəzalarının sayı 21,2 faiz azalıb

      BNA:    Avtobus qəzalarının sayı 21,2 faiz azalıb
  28 Aprel 2021    Oxunub:1594
2020-ci ildə Bakı şəhərində 413 milyondan çox sərnişin daşınıb. Son 5 il ərzində isə 3,2 milyarddan çox səfər olub.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O bildirib ki, 5 il ərzində dövlət tərəfindən aparılan islahatlar nəticəsində ictimai nəqliyyatda göstərilən xidmətin keyfiyyəti artıb.

"3 ildə avtobuslarla sərnişin daşıma 170 milyon nəfər artıb ki, bu da 27 faizdən çox artım deməkdir".

V.Kərimli qeyd edib ki, ötən il 2019-cu illə müqayisədə avtobusların iştirakı ilə baş vermiş qəzaların sayı 21,2 faiz, ölüm halı 9 faiz, xəsarət alanların sayı isə 31,2 faiz azalıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   Sədr   Avtobus   Sərnişin  





Xəbər lenti