Son 5 ildə şəhərətrafı 15 yeni xətt istifadəyə verilib

Son 5 ildə şəhərətrafı 15 yeni xətt istifadəyə verilib
  28 Aprel 2021    Oxunub:2374
Ötən dövrdə ümumi daşıyıcı sayı 51 faiz optimallaşdırılıb.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli bildirib ki, 2020-ci ildə 16 yeni xətt açılıb.

"26 xəttin hərəkət sxemi dəyişdirilib, 12 xətt üzrə müsabiqə elan edilib. Ötən il 21 faiz daşıyıcı sayı optimallaşdırılıb".

Agentlik sədri qeyd edib ki, məqsəd Bakı şəhərini həm əlçatanlıq, həm də mobillik baxımından Avropa şəhərləri sırasında ilk onluğa gətirməkdir.

"Bakı şəhəri kimi meqapolis sayı 5-10 arasında dəyişir. Qəsəbələrə sərnişindaşıma vacib məsələlərdəndir. Gətirilən 9 metrlik avtobusların bu istiqamətdə xəttə buraxılması nəzərə tutulur. Son 5 ildə şəhərətrafı 15 yeni xətt istifadəyə verilib. Orta hesabla 665 min sərnişin bu xətlərdən istifadə edib".

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   Agentlik   Sədr  





Xəbər lenti