Dünən beş koronavirus xəstəsi saxlanılıb

Dünən beş koronavirus xəstəsi saxlanılıb
  28 Aprel 2021    Oxunub:2028
Aprelin 27-də respublika ərazisində beş nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə bir nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

DİN bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti