Maşın oğurlayan keçmiş məhkum tutuldu

Maşın oğurlayan keçmiş məhkum tutuldu
  26 Aprel 2021    Oxunub:3105
Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edən B.Əhmədov aprelin 24-də Ramana qəsəbəsi ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş E.Zeyniyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillə birlikdə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti