Daha bir koronavirus xəstəsinə cinayət işi açıldı

Daha bir koronavirus xəstəsinə cinayət işi açıldı
  26 Aprel 2021    Oxunub:3015
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri zamanı daha bir aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Ev şəraitində müalicəyə cəlb olunan paytaxt sakini Şahbaz Eyvazova xəbərdarlıq edilərək ona sosial izolyasiya qaydalarına riayət etməsi və yaşayış ünvanını tərk etməməsi barədə müvafiq dövlət qurumları tərəfindən məlumat verilib.

Amma o, xəbərdarlıqlara məhəl qoymayaraq yaşayış yerini tərk edib və digər şəxslərin sağlamlığı üçün real təhlükə yaradıb. Polislər onu Nəsimi rayonu ərazisində saxlayaraq yaşadığı ünvana geri qaytarılıblar.

E.Şahbazov barəsidə Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti