Arif Quliyevin qızı: “Atamın vəziyyəti ağırdır”

  Arif Quliyevin qızı:  “Atamın vəziyyəti ağırdır”
  26 Aprel 2021    Oxunub:4890
"Atamın vəziyyəti ağırdır, ailəlikcə onun sağalması üçün dua edirik".

Bunu Azvision.az -a açıqlamasında koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin qızı Günel Quliyeva deyib. O, atasının süni tənəffüs aparatına qoşulduğunu bildirib:
"Atamın yoluxduğunu bilən kimi onu "Yeni Klinika"ya yerləşdirdik. Birdən-birə vəziyyəti ağırlaşdı. Hazırda reanimasiyada süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədir. Hamımız dua edirik ki, sağalsın. Əlimizdən başqa heç nə gəlmir. Həkimlər nə lazımdırsa edirlər".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ArifQuliyev  





Xəbər lenti