Şəkidə aclıqdan əziyyət çəkən atlar qida ilə təmin olunub

Şəkidə aclıqdan əziyyət çəkən atlar qida ilə təmin olunub
  23 Aprel 2021    Oxunub:1949
Mədəniyyət Nazirliyi Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Azvision.az - a bildirilib ki, Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı bütün məsələlər Mədəniyyət Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılır.

"Bu gün nazirliyin Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən Mərkəz atlar üçün xüsusi qida vasitələri və tibbi yardımla təmin edilib. Müəssisəyə ilkin maddi yardım təqdim olunub. Mərkəzdəki atlara tibbi xidmət göstərilib. Baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib. Qeyd edək ki, mərkəzə Şəki Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən də yardım ayrılıb", - məlumatda vurğulanıb.







Azvision.az



Teqlər:





Xəbər lenti