Agentlik: 700-ə yaxın qazi işlə təmin olunub

      Agentlik:    700-ə yaxın qazi işlə təmin olunub
  23 Aprel 2021    Oxunub:2121
“Bu günə qədər təxminən 700-ə yaxın qazi işlə təmin olunub”.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev deyib.

Sədr müavini bildirib ki, həmin rəqəm gündəlik artır. Onun sözlərinə görə, qazilərin həm işlə təmin olunması, həm də özünüməşğulluq proqramlarına cəlb olunması prosesi gedir.

C.Quliyev qeyd edib ki, qazilərin, şəhid ailələrinin və müharibə iştirakçılarının bu və ya digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması həyata keçirilir.

Azvision.az


Teqlər: Qazi   İş   Məşğulluq   ƏƏSMN  





Xəbər lenti